“Kral klubu” və “qoca senyora” müdafiəçiləri dəyişdirir


İdman 01 Noy 2018 16:51:00 294 0

“Kral klubu” və “qoca senyora” müdafiəçiləri dəyişdirir

Real və Juventus futbolçu dəyişikliyi etməyi planlaşdırır.

Goal.az Tuttosport nəşrinə istinadən xəbər verir ki, “kral klubu” Marcelonu İtaliyaya, “qoca senyora” isə Aleks Sandronu İspaniyaya göndərə bilər. Bu məsələdə Real daha maraqlı tərəfdir. Sandronun müqaviləsi 2020-də başa çatacaq. İtaliya klubu müddəti artırmaq istəyir. Amma müdafiəçi komandadan gedəcəyini bildirib. Marcelo isə Madriddən ayrılaraq dostu Ronaldonun yanına üz tutmaq istəyini gizlətmir. Danışıqlar alınarsa, Real Marcelonu 60 milyon avroya satacaq. Sandronun transferinə isə 45 milyon avro ödəyəcək. Lakin futbolçuların yaş fərqi ( Marcelonun 30, Sandronun 27 yaşı var) nəzərə alınarsa, “qoca senyora” əlavə 15 milyon avro ödəməyə bilər. Futbolçuların klublarında aldığı məvacibin də danışıqlara mane olacağı gözlənilir. Sandro ildə 2,8 milyon, Marcelo isə 10 milyon avro qazanır.