Akif Əlizadə: "Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı işçi qrupu yaxın günlərdə yaradılacaq"


Digərləri 01 Noy 2018 16:37:00 322 0

Akif Əlizadə: "Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı işçi qrupu yaxın günlərdə yaradılacaq"

Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı yayılan məlumatların araşdırılması üçün işçi qrupunun yaxın günlərdə yaradılacağı gözlənilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib.

Onun sözlərinə görə, M.Müşfiqin qalıqlarının tapılması Azərbaycan mədəniyyəti və xalqı üçün böyük əhəmiyyət kəsb edir.