"Seks manyakı"nın qeyriadi həyat tərzi


Dünya 01 Noy 2018 16:19:00 463 0

"Seks manyakı"nın qeyriadi həyat tərzi

Ağrı gözəllikdir və kiməsə əzab, işgəncə vermək hər adamın bacara bilməyəcəyi incəsənət işidir.

Bu sözlər hər hansı qorxu filmindən deyil, real həyatdakı "vampir"in dilindəndir.

Son.az xəbər verir ki, "The Sun" Polşanın Krakov şəhərində yaşayan, silsilə cinayətlər törədən Kot adlı qatillə bağlı Hellouin bayramı ilə əlaqədar olaraq araşdırma aparıb.

"Krakovun vampiri" adlandırılan Kot 1960-cı illərdə uşaqları, qadınları bıçaqlayıb, sonra da qanlarını içib.

O, bəzi qurbanlarını zorlayıb, dərilərini soyub, sonra da yandırıb. Deyilənə görə, onun işgəncələrinə qadınların cinsiyyət orqanına partlayıcı qoymaq və qızların gözlərini çıxartmaq da daxil imiş.

Onun atası mühəndis, anası isə evdar qadın olub. 8 yaşına kimi evin tək uşağı olan Kot bacısı dünyaya gəldikdən sonra onun paxıllığını çəkib.

Kot ailəsi başqa yerdə istirahətdə olan zaman qəssabların yanına gedərək onların heyvanları necə doğradıqlarını izləyib, donuz kəsənlərə yardım edib və onun qanını içib.

Məktəbdə qızların intim bölgələrinə toxunduğuna görə onu "seks manyakı" adlandırıblar və onunla dostluq edən olmayıb.

Kot məktəbliykən qurbağa, qarğa, köstəbək və toyuqları doğrayaraq onlara işgəncə verməkdən zövq alırmış.

Onun 17 yaşı tamam olanda diqqətini insanlara, xüsusən də qadınlara yönəldib. 48 yaşlı Helen Velgen və Franciszka Lewendowska Kotun ilk qurbanlarındandır.


Xəbərə aid fotolar