Hindistanda 42 müsəlmanı öldürən 16 keçmiş polis əməkdaşı edam olunacaq


Dünya 01 Noy 2018 16:01:00 274 0

Hindistanda 42 müsəlmanı öldürən 16 keçmiş polis əməkdaşı edam olunacaq

Hindistanda 1987-ci ildə 42 müsəlmanı qəsdən öldürməkdə təqsirləndirilən 16 keçmiş polis əməkdaşı barəsində edam hökmü çıxarılıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisəyə görə məhkəmə prosesi 31 il davam edib.

Cinayətkarların mühakiməsi paytaxt Yeni Dehilidə Ali Məhkəmədə keçirilib. "Haşimpura qətliamı" adı ilə tanınan və müsəlmanlarla hinduslar arasında baş vermiş toqquşma nəticəsində 42 müsəlmanın öldürülməsi ilə bağlı cinayət işi üzrə 16 keçmiş polis əməkdaşı ittiham olunub. Onlar silhasız və müdafiəsiz dinc sakinləri qəsdən qətlə yetirməkdə təqsirli bilinərək, edam cəzasına məhkum ediliblər.