Şəkinin Baş Küngüt kəndinə təbii qaz verilib (FOTO)


Digərləri 01 Noy 2018 15:57:43 348 0

Şəkinin Baş Küngüt kəndinə təbii qaz verilib (FOTO)

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şəki rayonunun Baş Küngüt kəndinə təbii qaz verilib.

Bakı. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şəki rayonunun Baş Küngüt kəndinə təbii qaz verilib. “Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 351 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 34 min 700 metr olan müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.