Lotu Bəxtiyar, Quli, Rövşən, Hikmət, Mamed Onlar ilk dəfə neçə yaşında və niyə həbsə düşüb?


Digərləri 01 Noy 2018 15:36:00 396 0

Lotu Bəxtiyar, Quli, Rövşən, Hikmət, Mamed  Onlar ilk dəfə neçə yaşında və niyə həbsə düşüb?

Qanuni oğru və ya qanunda oğru fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya tituludur. Sovetlər dövründə daha çox populyarlıq qazanan bu "dünya"nın sakinləri həbsxanalarda "qayda-qanun" yaratmağa "məsuldurlar".

Son.az xəbər verir ki, azxeber.com Azərbaycanın tanınmış "vorlar"ının ilk dəfə hansı səbəbdən həbs olunması ilə bağlı araşdırma aparıb.

Lotu Bəxtiyar ləqəbli Bəxtiyar Kərimov 1959-cu il martın 21-də Novxanıda anadan olub. O ilk dəfə 17 yaşında 1976-ci il iyul ayının 22-də məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Sonradan Maykopdakı uşaq koloniyasına köçürülüb. Bununla da "oğru dünyası"na ilk addımlarını atıb.

1982-ci ildə "Vladimirski Tsentral" türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasili Babuşkin və digər qanuni oğru Nikolay Yakutenko tərəfindən qanuni oğru adını alıb, bu sınaqdan çox asanlıqla keçib.

Cəmiyyətdə kifayət qədər məşhurluq qazanan Bəxtiyar 1998-ci il aprelin 6-da həbsxana şəraitində qara ciyər serrozundan vəfat edib.

Lotu Hikmət ləqəbli Hikmət Muxtarov 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. 18 yaşı olarkən - 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən müstəntiq oğlu ilə dalaşıb və ilk məhkumluğu yaşayıb. 3 il azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı İslah Əmək Koloniyasında və Xələc düşərgəsində çəkib.

2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilən Lotu Hikmət öz xatirələrində yazır: "Hərənin öz həyatı var. Mənim də bəxtimə belə bir tale düşüb. Bilirəm ki, bu yolun axırı yoxdur, amma mənim geriyə də yolum qalmayıb".