Azyaşlıya hədəqorxu gələrək telefonunu alan şəxs məhkəmə zalında həbs edildi


Digərləri 01 Noy 2018 15:25:00 264 0

Azyaşlıya hədəqorxu gələrək telefonunu alan şəxs məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Məhəmməd Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı vəsatət qaldırıb. O, M.Hacıyev barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib. Vəsatət təmin edilib. O, məhkəmə zalında həbs olunub.

Məhkəmənin baxış iclası noyabrın 8-nə təyin edilib.