Qarabağ - Sumqayıt oyununun yeri dəyişdi


İdman 01 Noy 2018 15:24:00 302 0

Qarabağ - Sumqayıt oyununun yeri dəyişdi

 Peşəkar Futbol Liqası (PFL) "Qarabağ" klubunun müraciətini cavablandırıb.

Goal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, PFL mövcud vəziyyəti araşdırdıqdan sonra əsas komandanın "Sumqayıt"ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməsi xahişini müsbət qarşılayıb. Görüş noyabrın 3-də saat 19:00-da başlanacaq. 

I Divizionda IX turun "Qarabağ-2" - MOİK qarşılaşması isə mərkəzi arenadan "Azərsun Arena"ya keçirilib. Oyunun başlama tarixi də dəyişdirilib və 2 noyabra deyil, 3 noyabra salınıb.