Azərbaycanın bu uğuru görülən işlərin məntiqi nəticəsidir


Digərləri 01 Noy 2018 15:20:00 320 0

Azərbaycanın bu uğuru görülən işlərin məntiqi nəticəsidir

Dünya Bankının "Doing Business-2019" ("Bizneslə Məşğul olmaq-2019") hesabatının nəticələrinə görə, Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Hesabatda qeyd edilir ki, Azərbaycan iqtisadiyyatı nəzərəçarpacaq dərəcədə yaxşılaşan ölkələr sırasına daxil olub. MDB ölkələri arasında isə Azərbaycan 1-ci yeri tutub.

Xatırladaq ki, "Doing Business-2018" reytinqində Azərbaycan 57-ci yerdə qərarlaşmışdı. Azərbaycanın öz mövqeyini ötən illə müqayisədə 32 pillə yüksəldə bilməsi rekord göstərici hesab edilir.

Azərbaycanın dövlət rəsmiləri bu hesabatın nəticələrini Azərbaycan iqtisadiyyatının bugünkü vəziyyətinə verilən obyektiv qiymət kimi dəyərləndirir və bu uğuru Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və düşünülmüş siyasətin məntiqi nəticəsi olduğunu bildirirlər.