“Volkswagen” iki piyadanı vurdu, biri öldü


Digərləri 01 Noy 2018 15:10:09 207 0

“Volkswagen” iki piyadanı vurdu, biri öldü

Kəpəz rayonunun Nizami prospektində “Volkswagen” markalı avtomobillə iki piyada vurulub.

Bakı. Kəpəz rayonunun Nizami prospektində “Volkswagen” markalı avtomobillə iki piyada vurulub. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 31-də saat 20 radələrində Kəpəz rayonunun Nizami prospektində Gəncə şəhər sakini Arzu Abbasov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən həmyerliləri İslam Allahverdiyevi və qardaşı Amini vurub. Nəticədə İ.Allahverdiyev hadisə yerində ölüb, Amin xəstəxanaya yerləşdirilib.