Bakıda sevgilisini bıçaqlayan şəxs 8 il cəza aldı


Digərləri 01 Noy 2018 14:57:00 233 0

Bakıda sevgilisini bıçaqlayan şəxs 8 il cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini bıçaqlamaqda təqsirləndirilən Racxan İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.İbrahimov 8 il azadlıqdan məhrum edilib.