Bakıda narkotik alverçisi saxlanıldı


Digərləri 01 Noy 2018 14:56:00 254 0

Bakıda narkotik alverçisi saxlanıldı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Anar Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan çəkisi 79 qrama yaxın tiryək və 69 qram heroin götürülüb. Davam etdirilən tədbirlərlə onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib və həmin vasitələri satmaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.