Məşhur prodüser 16 yaşlı qızın bakirəliyini pozub FOTO


Dünya 01 Noy 2018 14:12:00 371 0

Məşhur prodüser 16 yaşlı qızın bakirəliyini pozub  FOTO

Məşhur amerikalı rejissor və prodüser, çoxsaylı cinsi təcavüzlərdə təqsirləndirilən 66 yaşlı Harvi Vaynşteynlə bağlı daha bir iddia yayılıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Manhattan məhkəməsinə təqdim edilən ərizədə Vaynşteynin 16 yaşlı qızı zorladığı qeyd olunub.

Ərizəni öz dilindən yazan aktrisa bildirib ki, prodüser onun 16 yaşındaykən Nyu-Yorkda bakirəliyini pozub.

Adı sənədlərdə Ceyn Do (Jane Doe) kimi keçən qadın iddia edir ki, hadisə 2002-ci ildə baş verib. Əvvəllər modelliklə məşğul olan polşalı qadın ərizədə Vaynşteynin onu biznes görüşündən sonra Sohodakı evinə apardığını qeyd edib.

Aktrisanın dediyinə görə, Harvi ondan məşhur olmaq üçün bəkarətini qurban verməyi tələb edib. O, daha sonra model olmaq istəyən qızı zorlayıb.


Xəbərə aid foto