Ay ərzində "sürüşən" yenə bu ərazilər oldu - Badamdar, Zığ, "Zəli gölü", Nübar qəsəbəsi (ÖZƏL)


Digərləri 01 Noy 2018 13:31:19 238 0

Ay ərzində "sürüşən" yenə bu ərazilər oldu - Badamdar, Zığ, "Zəli gölü", Nübar qəsəbəsi (ÖZƏL)

Ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələr davam etdirilib.

Bakı. İlhamə İsabalayeva - 2018-ci ilin oktyabr ayında ölkə ərazisində, o cümlədən Abşeron yarımadasında ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələr davam etdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov özəl olaraq Trend-ə bildirib ki, Səbail rayonu, Bayıl sürüşmə sahəsində monitorinq işləri davam etdirilib və quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib. Onun sözlərinə görə, Badamdar sürüşmə sahəsindəki istinad divarlarında yerləşdirilmiş mayaklarda ayın əvvəlində çatlar müşahidə edilib, torpaq qatında mövcud çatlarda genişlənmələr qeydə alınıb: "13 oktyabr tarixində isə ərazidə sürüşmə, çökmə-oturma prosesi baş verib. Prosesə məruz qalmış sahənin eni 200-220 m, uzunluğu 250-280 m, müvafiq qırılma qaşının hündürlüyü isə 10 metrə qədər olub. Hazırda ərazidə gərgin vəziyyət saxlanılmaqdadır".