UNISEF: "İnternetin yaratdığı təhlükələr barədə uşaqların məlumatlarını artırmalıyıq"


Dünya 01 Noy 2018 13:22:00 311 0

UNISEF: "İnternetin yaratdığı təhlükələr barədə uşaqların məlumatlarını artırmalıyıq"

Biz uşaqları qoruyuruq, onların təhlükəsizliyinin təmini üçün proqramlar yaradırıq, amma uşaqlara internetin yaratdığı təhlükələr barədə də danışmalı, onların bununla bağlı məlumatlarını artırmalıyıq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNISEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin "Valideyn nəzarəti və internet təhlükəsizliyi" proqramının ("Kidsafe") təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda internet uşaqlar üçün geniş imkanlar yaradır: "Əslində, onun yaratdığı geniş imkanlardan istifadə etməliyik, bu imkanları məhdudlaşdırmamalıyıq. Ancaq təəssüflə onu da etiraf edək ki, cəmiyyətdə bəzi şəxslər internetin imkanlarından istifadə edərək insanlara zərər vururlar. Odur ki, biz onun qarşısını almaq üçün tədbirlər görməliyik".