""Doing Business"in Azərbaycana qiyməti obyektivdir və ölkə iqtisadiyyatının vəziyyətini əks etdirir"


Digərləri 01 Noy 2018 12:52:00 242 0

""Doing Business"in Azərbaycana qiyməti obyektivdir və ölkə iqtisadiyyatının vəziyyətini əks etdirir"

Dünya Bankının "Doing Business 2019" hesabatının nəticələri Azərbaycan iqtisadiyyatının bugünkü vəziyyətinə verilən obyektiv qiymətdir.

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, beynəlxalq ekspertlər və maliyyə strukturları tərəfindən edilmiş təhlil real göstəricilərə əsaslanır və Azərbaycan iqtisadiyyatının nəzərəçarpan artımını əks etdirir:

"Azərbaycan iqtisadiyyatının yaxşılaşdırılmış göstəriciləri ölkədə reallaşdırlmış uğurlu islahatların və hökumətin düşünülmüş iqtisadi siyasətinin nəticəsidir. Hazırda kişik və orta sahibkarlığın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illərdə ölkədə qeyri-neft sektorunun keyfiyyətcə yeni səviyyəyə çıxarılmasına yönəlmiş genişmiqyaslı iş aparılır".