İlin ən qalmaqallı sərgisi başlanacaq FOTO


Digərləri 01 Noy 2018 12:36:00 274 0

İlin ən qalmaqallı sərgisi başlanacaq  FOTO

Britaniyanınq paytaxtı Londondakı Kral Sənət Akademiyasında qalmaqallı sərgiyə hazırlıq gedir. Qalereyada avstriyalı rəssamlar, rəngkarlıqda "seksual sənət" cərəyanının baniləri Qustav Klimt və Eqon Şilenin əsərləri nümayiş olunacaq.

Son.az bildirir ki, Vyanata sənətinin iki dühası, möhkəm dostluq və parlaq yaradıcılıq azadlığı baxımından "əkiz" sayılan Qustav Klimtlə Eqon Şile bir zamanlar Avropanı şoka salmışdılar.

1918-ci ildə hər ikisi qripdən vəfat edənədək bu iki dost şedevrlər yaradıblar.

Dəbdəbəli yaşamı sevən Klimt əsərlərində Vyana elitasının qlamur həyatını canlandırırdısa, ondan 30 yaş kiçik olan Şile özünü, təhtəlşüurunu, daxili münaqişələrini anlamağa çalışırdı.