“O, məni və həyatımı dəyişdirdi”


Digərləri 01 Noy 2018 12:18:00 315 0

“O, məni və həyatımı dəyişdirdi”

Amerikalı pop ulduz Castin Timberleyk "Hindsight an All the Things I Can't See in Front of Me" adlı kitabında xanımı Cessika Billə tanışlıq prosesindən söz açıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 37 yaşlı müğənni Cessikanı Hollivudda təşkil olunan bir tədbirdə gördüyünü bildirib: "Bir qrup insanlarla əylənirdik. Sonra mən zarafat etdim, onun xaricində heç kəs başa düşmədi. Cessika güldü və bir-birimizə bənzədiyimizi anladım". 

Castin daha sonra Bilin nömrəsini götürərək əlaqə saxladığını bildirib: "Davamlı olaraq onu düşünürdüm. Başa düşmədiyim hisslər var idi. 2007-ci ildə Anaheim turunda konsertimə gəldi. Danışdıq, zaraftlaşdıq. O, məni və həyatımı dəyişdirdi". 


Xəbərə aid fotolar