Komitə sədri: "Uşaqlar üçün internetin əsas təhlükələrindən biri onların cinayətkarların əhatə dairəsinə düşməsidir"


Digərləri 01 Noy 2018 11:53:00 264 0

Komitə sədri: "Uşaqlar üçün internetin əsas təhlükələrindən biri onların cinayətkarların əhatə dairəsinə düşməsidir"

Azərbaycanda uşaqların internet təhlükəsizliyinin təmini üçün silsilə tədbirlər həyata keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Valideyn nəzarəti və internet təhlükəsizliyi" proqramının ("Kidsafe") təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu tədbirlərin davamı olaraq, BMT-nin dəstəyi ilə "Valideyn nəzarəti və internet təhlükəsizliyi" adlı proqram təminatı hazırlanıb.