Artıq arxiv sənədlərinin əldə olunması üçün əlavə ünvanlara getməyə ehtiyac qalmayacaq (FOTO)


Digərləri 01 Noy 2018 11:50:00 330 0

Artıq arxiv sənədlərinin əldə olunması üçün əlavə ünvanlara getməyə ehtiyac qalmayacaq (FOTO)

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi və Milli Arxiv İdarəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bakı. Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi və Milli Arxiv İdarəsi arasında əməkdaşlıq memorandumu imzalanıb. Komitədən-dən Trend-ə verilən məlumata görə, sənədin məqsədi Komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) çıxarış almaq üçün əhalinin təqdim etdiyi sənədlərin arxiv əsasının olub olmadığının onlayn rejimdə müəyyənləşdirməkdir. Artıq arxiv sənədlərinin əldə olunması üçün əlavə ünvanlara getməyə ehtiyac qalmır, vətəndaş-məmur ünsiyyəti minimuma enir. "Bütün bunlar iki qurum arasında elektron əlaqənin yaradılması nəticəsində reallaşacaq. Onlayn əlaqənin qurulmasında məqsəd daşınmaz əmlaka çıxarış almaq üçün arxiv sənədlərinin operativ qaydada əldə edilməsinə, qeydiyyatla bağlı əməliyyatlarda arxiv arayışların sürətli şəkildə alınmasına, nəticə etibarı ilə vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır. Həmçinin tərəflər arasında məlumat mübadiləsinin vahid baza əsasında həyata keçirilməsinin təmin edilməsidir. Görülən işlərin nəticəsidir ki, "Doing Business 2019" hesabatında ölkəmiz daşınmaz əmlakın qeydiyyatı sahəsi üzrə 4 pillə irəliləyərək 17-ci yerdə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan bir neçə Avropa ölkələrini, o cümlədən Polşanı, Rumıniyanı, Bolqarıstanı qabaqlayıb", - deyə DƏDRX-in rəisi Hikmət Mustafayev bildirib. O həmçinin deyib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ƏMDK daşınmaz əmlakın qeydiyyatında sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsiplərini nəzərə alaraq əhaliyə göstərilən ictimai xidmətləri maksimum sadələşdirir, prosedurları optimallaşdırır, o cümlədən müasir dövrün tələblərinə uyğun yeniliklər tətbiq edir, intensiv elektronlaşmanı həyata keçirir: "Bu baxımdan imzalanan memorandum vətəndaşların qeydiyyat xidmətlərindən daha rahat və sadə şəkildə yararlanmasına şərait yaradacaq. Həmçinin memorandum iki qurum arasında əlaqələrin genişlənməsinə, sənəd dövriyyəsində çevikliyin artmasına imkan verəcək. Diqqətə çatdırılıb ki, vətəndaşlar qeydiyyat üçün tələb olunan sənədin arxivdə olub olmamasını müəyyən etmək üçün müvafiq idarəyə getməli olurdular. Bununla bağlı olaraq Xidmətin ərazi idarələri tərəfindən müvafiq arxiv idarələrinə sorğular göndərilir, onların arxiv əsasının olub-olmaması məsələsi aydınlaşdırılırdı. Artıq Komitə ilə Milli Arxiv İdarəsi arasında elektron əlaqənin yaradılması vətəndaşların bu məsələsini onlayn olaraq yerinə yetirir. Vətəndaşlar sadəcə ərazi idarələrinə müraciət edir, həmin ərzi ofisləri vahid elektron informasiya sisteminə inteqrasiya olmaqla sənədlərin arxivini yoxlayırlar. Bununla da həm vətəndaşların vaxt itkisi olmur, həm də kağız üzərində yazışmalar aradan qaldırılır".