Məmmədyarov yerini dəyişmədi, Rəcəbov irəlilədi


İdman 01 Noy 2018 11:36:00 321 0

Məmmədyarov yerini dəyişmədi, Rəcəbov irəlilədi

Şahmatçıların FİDE reytinqi açıqlanıb.

Goal.az xəbər verir ki,k kişi təmsilçilərimiz arasında ən yaxşı təmsilçimiz Şəhriyar Məmmədyarov 2817 xalla ötən ay olduğu kimi yenə dünya 3-cüsüdür. O, yalnız norveçli Maqnus Karlson (2835) və ABŞ təmsilçisi Fabiano Karuanadan (2832) geri qalır.

Hesabında 2757 xal olan Teymur Rəcəbov 4 pillə irəliləyib. O, hazırda planetin 14-cüsüdür. Ondan 21 xal geri qalan Arkadi Naydiç 20-ci sırada qərarlaşıb. Yığmamızın legioneri 9 pillə irəliləyişə nail olub.

2703 xala malik Rauf Məmmədov siyahıda 40-cıdır.

Qadın şahmatçıların siyahısında ən yaxşı təmsilçimiz Günay Məmmədzadədir. 2422 xala malik şahmatçımız 46-cı yerdıdir.

Qeyd edək ki, qadın şahmatçıların siyahısına çinli Yifan Hou başçılıq edir – 2658 xal.