Biləsuvarda quş ovlayan şəxslər 2015 manat cərimələndilər


Digərləri 01 Noy 2018 11:15:00 238 0

Biləsuvarda quş ovlayan şəxslər 2015 manat cərimələndilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Biləsuvar rayonu ərazisində keçirdikləri reyd zamanı icazəsiz ov edən şəxsləri saxlayıblar. 

Bu barədə Son.az-a nazirlikdən məlumat verilib.

Araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Şövqi Ağayev və Cavad Xankişiyev olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi və ovlanmış 3 cürə quşu götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən ümumilikdə 2015 manat məbləğində cərimə və ziyan tətbiq olunub.