Rusiyalı senator ukraynalı ekspertin saqqalından dartdı VİDEO


Dünya 01 Noy 2018 11:19:00 268 0

Rusiyalı senator ukraynalı ekspertin saqqalından dartdı  VİDEO

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin üzvü Frants Klintseviç canlı yayımda ukraynalı ekspert Aleksandr Oxrimenko ilə mübahisə edib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, mübahisə "Rossiya 1" telekanalının "60 dəqiqə" verilişində baş verib. 

Proqramın qonaqları Rusiya qoşunlarının Donbasdakı mövcudluğu ilə bağlı danışarkən Oxrimenko Klintseviçə rahat fikrini ifadə etməyə mane olub, tez-tez sözünü kəsib. 

Buna dözməyən rusiyalı senator ukraynalı ekspertə yaxınlaşaraq saqqalından dartıb və "qara ciyəri də əlimlə yoxlaya bilirəm" deyib.