Azərbaycan meyvətərəvəz ixracını xeyli artırıb


Digərləri 01 Noy 2018 10:34:00 244 0

Azərbaycan meyvətərəvəz ixracını xeyli artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını xeyli artırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimovun rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

Qeyd olunur ki, Azərbaycanda həyata keçirilən genişmiqyaslı aqrar islahatlar hesabına kənd təsərrüfatında artım tempi dayanıqlığı ilə seçilir: "2003-2017-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalının real artımı ümumilikdə 166,4 faiz, o cümlədən bitkiçilik sahəsində 156,7 faiz, heyvandarlıq sahəsində isə 177,8 faiz təşkil edib. Dünya Bankının məlumatlarına əsasən, bu illər ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsinin real artımı dünya üzrə orta göstəricidən, habelə region ölkələrinin müvafiq göstəricisindən yuxarı olub".