TürkPA rəsmisi: Azərbaycan əldə etdiyi nailiyyətlərlə dünyanın əhəmiyyətli ölkəsinə çevrilib


Digərləri 01 Noy 2018 10:34:00 290 0

TürkPA rəsmisi: Azərbaycan əldə etdiyi nailiyyətlərlə dünyanın əhəmiyyətli ölkəsinə çevrilib

Azərbaycan əldə etdiyi nailiyyətlərlə dünyanın əhəmiyyətli ölkəsinə çevrilib.

Bakı. Elçin Mehdiyev - Azərbaycan əldə etdiyi nailiyyətlərlə dünyanın əhəmiyyətli ölkəsinə çevrilib. Trend-in məlumatına görə, bunu Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının altıncı iclasında Türkiyə Böyük Millət Məclisinin üzvü, komissiyanın sədri İsmət Uçma deyib. İclasın gündəliyinə daxil edilən layihələrin əhəmiyyətindən danışan İ.Uçma daha sonra Azərbaycanın müstəqillik tarixindən söz açaraq bildirib ki, 1918-ci ildə böyük mübarizə nəticəsində qardaş Azərbaycan öz müstəqilliyini elan edərək demokratik dövlət yaradıb: "Cəmi 23 ay fəaliyyət göstərən Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib. 1991-ci ildə isə Azərbaycan yenidən öz müstəqilliyini bərpa edib. Azərbaycan nadir maddi-mənəvi nemətləri, insan qaynaqları, yeraltı və yerüstü sərvətləri, əldə etdiyi nailiyyətlərlə dünyanın əhəmiyyətli ölkəsinə çevrilib. Azərbaycanın hər bir uğuru Türkiyəni çox sevindirir və bir qardaş ölkə kimi daim onun yanındadır". O qeyd edib ki, türkdilli ölkələr öz aralarında sosial, siyasi, iqtisadi sahələrdə əməkdaşlığı daha da inkişaf etdirərək dünyaya bir nümunə göstərəcəklər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin