"Savalan" şərabları dünyanın məşhur şərab muzeyində


Digərləri 01 Noy 2018 10:36:45 531 0

"Savalan" şərabları dünyanın məşhur şərab muzeyində

2016-cı ildən etibarən SAVALAN ASPİ Winery şirkəti öz təşəbbüsü ilə Fransanın Bordo şəhərində yerləşən La Cité du Vin şərab muzeyində nümayiş olunur, həmçinin muzeyə aid mağazada satışı həyata keçirilir.

Bakı. 2016-cı ildən etibarən SAVALAN ASPİ Winery şirkəti öz təşəbbüsü ilə Fransanın Bordo şəhərində yerləşən La Cité du Vin şərab muzeyində nümayiş olunur, həmçinin muzeyə aid mağazada satışı həyata keçirilir. Yaxın günlərdə isə AZPROMO və La Cité du Vin şərab muzeyi arasında əldə olunmuş razılaşmaya əsasən yerli şərablarımız burada xüsusi olaraq Azərbaycan şərabları adı altında nümayiş olunacaqdır. Belə ki, “2018-2025-ci illər Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın icrasının təmin edilməsi və Azərbaycan istehsalı şərabların təbliği və ixracının genişləndirilməsi məqsədilə La Cité du Vin şərab muzeyi ilə AZPROMO arasında Azərbaycan şərablarının muzeydə nümayiş olunması üçün müqavilə imzalanıb. İmzalanmış müqaviləyə əsasən SAVALAN ASPI Winery şirkəti də daxil olmaqla Azərbaycanın 11 şərab şirkətinin məhsulları 3 il müddətində La Cité du Vin şərab muzeyində təqdim olunacaqdır. İmzalama mərasimində SAVALAN ASPI Winery şirkəti adından şirkətin rəhbərləri Fuad Seyidəliyev və Arif Rəhimov iştirak ediblər.