PSG Di Maria ilə bağlı qərarını verdi


İdman 01 Noy 2018 09:47:00 310 0

PSG Di Maria ilə bağlı qərarını verdi

Argentinalı yarımmüdafiəçi Anhel Di Mariya PSG ilə müqaviləsinin müddətini uzadıb.

Goal.az xəbər verir ki, bu barədə Fransa komandasının mətbuat xidməti "Twitter" səhifəsində məlumat yayıb. 30 yaşlı futbolçu ilə Paris klubu arasında yeni müqavilə 30 iyun 2021-ci ilə qədər nəzərdə tutulub.

Bundan əvvəl Di Mariya ÇL-in qrup mərhələsində keçirilən oyunda 93-cü dəqiqədə vurduğu qolla PSG-ni Napoli-yə məğlubiyyətdən xilas edib.