ABŞ Meksika ilə sərhədə 15 minədək hərbçi yerləşdirəcək


Dünya 01 Noy 2018 09:30:00 250 0

ABŞ Meksika ilə sərhədə 15 minədək hərbçi yerləşdirəcək

ABŞ hökuməti ölkə istiqamətində hərəkətdə olan miqrant axını ilə əlaqədar olaraq öz sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün Meksika ilə sərhədə 15 minədək hərbçi yerləşdirmək niyyətindədir.

Son.az report-a istinadən xəbər verir ki, bunu Amerika lideri Donald Tramp jurnalistlər qarşısında çıxışı zamanı deyib.

"Karvana gəldikdə isə, bizim hərbçilər artıq yerləşdirilib. Bizim orada 5 minə yaxın adamımız var... Biz hərbçilərin sayını 10-15 minə çatdıracağıq", - prezident bildirib.