Rusiya Böyük Teatrının solistləri Bakıda "Jizel" baletinin tamaşasında iştirak edəcəklər


Digərləri 01 Noy 2018 08:53:00 302 0

Rusiya Böyük Teatrının solistləri Bakıda "Jizel" baletinin tamaşasında iştirak edəcəklər

Rusiya Akademik Böyük Teatrının aparıcı solistləri Alina Kovalyova və Yakopo Tissinin iştirakı ilə Opera və Balet Teatrının səhnəsində baş tutan "Qu gölü" tamaşasından sonra baletsevərləri növbəti xoş sürpriz gözləyir.

Noyabrın 17-də klassik balet sənəti həvəskarları milli Opera və Balet Teatrında Adolf Adanin "Jizel" baletini seyr edə biləcəklər.

Opera və Balet Teatrından Son.az-a verilən məlumata görə, balet truppası bu dəfə də tamaşanı Rusiya Böyük Teatrının adlı-sanlı solistləri - Anna Nikulina (Jizel) və Ruslan Skvortsovun (qraf Albert) iştirakı ilə təqdim edəcəkdir. Hər iki solist balet artistlərinin beynəlxalq müsabiqələrinin qalibləri və Rusiyanın əməkdar artistləridir. Onlar Avropanın bir çox ölkələrində, habelə ABŞ və Yaponiyada uğurlu qastrol səfərlərində olublar.