Robot istehsal edən robotlar işləyəcək VİDEO


Digərləri 01 Noy 2018 08:55:00 221 0

Robot istehsal edən robotlar işləyəcək  VİDEO

İsveçrədə fəaliyyət göstərən "ABB" beynəlxalq şirkəti Şanxayda "gələcəyin fabriki"nin inşasına 150 milyon dollar məbləğində vəsait yatırmaq niyyətini açıqlayıb. Gələcəyin fabrikində robotlar digər robotları istehsal edəcək.   Son.az ICTnews-a istinadən bildirir ki, "ABB" şirkətinin press-relizinə əsasən, yeni müəssisənin 2020-ci ilin sonunadək istismara verilməsi planlaşdırılıb. Süni intellekt sahəsində rəqəmsal texnologiya, robot texnikası və qabaqcıl tədqiqatları birləşdirməyə imkan verəcək fabrikdə yeni növ robotlar işləyəcək, insanlar isə onların işinə nəzarət edəcək.   "ABB" (Asea Brown Boveri Ltd.) - elektrotexnika, enerji maşınqayırması və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış beynəlxalq şirkətdir. 1988-ci ildə İsveçin "ASEA" və İsveçrənin "Brown, Boveri & Cie" şirkətlərinin birləşməsindən sonra təsis edilib.

Videonu izləmək üçün şəklə klikləyin: