Gəncədə 2 yeniyetmə qardaşı maşın vurub, onlardan biri ölüb


Digərləri 01 Noy 2018 08:58:00 311 0

Gəncədə 2 yeniyetmə qardaşı maşın vurub, onlardan biri ölüb

Gəncə şəhərində yeniyetmənin vurulması ilə bağlı xəbərin təfərrüatları ortaya çıxıb.

Son.az "Report"a istinadən bildirir ki, məlum olub ki, hamin hadisə zamanı vurulan Allahverdiyev Amin Ceyhun oğlunu tək yox, 2003-cü il təvəllüdlü qadaşı Allahverdiyev İslam Ceyhun oğlu ilə bir yerdə olub.

Onları maşın vurduqdan sonra hər 2 piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Lakin xəstəxanada müayinə zamanı qardaşlardan biri, İ.Allahverdiyevin öldüyü bilinib. Digər yaralı, A.Allahverdiyev isə ağır halda öncə Gəncə şəhər 2 nömrəli Uşaq Xəstəxanasına, daha sonra isə özəl xəstəxanaların birinə aparılıb.

Hadisəni törədən sürücünün saxlanıldığı bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.