Bərpa edilmiş smartfonlara tələbat artır


Digərləri 01 Noy 2018 08:35:00 252 0

Bərpa edilmiş smartfonlara tələbat artır

Bərpa edilmiş smartfonlar bazarında artım yeni smartfonlar bazarından daha sürətli gedir. Bu barədə "Counterpoint Research" analitik şirkətinin tədqiqatında deyilir.  

Son.az ICTnews-a istinadən bildirir ki, 2018-ci ilin ikinci rübünə olan məlumata görə, bərpa edilmiş smartfonlar bazarı yeni qurğular bazarını ya üstələyib, ya da ona çatıb. Məsələn, dünyanın ən sürətli inkişaf edən Hindistan bazarında köhnə smartfonlar yenilərindən 41 faiz çox satılıb. ABŞ-da isə bərpa edilmiş qurğuların həcmi 18 faiz artdığı halda yeni smartfonların satışı 20 faiz azalıb.

Qlobal baxımdan isə dünyada bərpa edilmiş qurğular bazarının həcmində 10 faiz artım qeydə alınıb, yeni smartfonların satışı 1 faiz azalıb. Ekspertlər bunu müasir smartfonların, xüsusilə qabaqcıl modellərin qiymətinin çox baha olması ilə izah edirlər.