Android Pie Golu ilk smartfon hansı olacaq?


Digərləri 01 Noy 2018 08:21:00 243 0

Android Pie Golu ilk smartfon hansı olacaq?

"Vivo Go" sadələşdirilmiş "Android Pie Go" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk smartfon olacaq.

Son.az ICTnews-a istinadən bildirir ki, smartfon 720×1440 piksel təsvir ölçülü 6 düym diaqonallı ekran, "MediaTek 6739" prosessoru, 64 giqabaytadək genişləndirmə imkanına malik "MicroSD" kartını dəstəkləyən 1+16 giqabaytlıq yaddaş, 2600 milliamper/saat tutumlu akkumulyator, 8+8 meqapikselli əsas kamera ilə təchiz ediləcək. ABŞ-da qiyməti 89,99 dollar təşkil edəcək qurğunun noyabrda satışa çıxarılması planlaşdırılır.