Elmar Məmmədyarov Bolqarıstanın nəqliyyat və energetika nazirləri ilə görüşüb


Siyasət 01 Noy 2018 08:28:00 279 0

Elmar Məmmədyarov Bolqarıstanın nəqliyyat və energetika nazirləri ilə görüşüb

Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstan Respublikasının Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiyaları naziri Rossen Jeliazkov, həmçinin Energetika naziri Temenujka Petkova ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, nazir E.Məmmədyarov Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiyaları naziri Rossen Jeliazkov, həmçinin Energetika naziri Temenujka Petkova ilə görüşüb.

Görüşlərdə tərəflər Azərbaycanla Bolqarıstan arasında nəqliyyat və energetika sahəsində mövcud olan faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından bəhs edib və hər iki sahənin ikitərəfli münasibətlərin mühüm komponenti olduğunu təsdiq ediblər.

Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının Avropaya nəqli və bu xüsusda Yunanıstan-Bolqarıstan qaz bağlantısı vasitəsilə Bolqarıstanın təbii qazla təmin olunmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bolqarıstanın qazlaşdırılması prosesində iştirakı məsələsinin gündəmdə olduğu qeyd olunub.

Habelə, əlverişli coğrafi yerləşməyə malik olan Azərbaycan və Bolqarıstanın Avropa və Asiya arasında beynəlxalq yük daşımalarının təşviqi baxımından mühüm rol oynadığı Nazirlər tərəfindən qeyd edilib və tərəflər arasında nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi üçün böyük potensialın olduğu xüsusilə vurğulanıb