Facebook şirkəti AR eynəklər hazırladığını təsdiq edib


Digərləri 01 Noy 2018 08:01:00 289 0

Facebook şirkəti AR eynəklər hazırladığını təsdiq edib

Facebook şirkətinin AR (artırılmış reallıq) texnlogiyaları üzrə rəhbəri Ficus Kirkpatrick şirkətin öz AR eynəkləri üzərində çalışdığını təsdiqlyib. "Bəli, biz öz AR eynəklərimiz üzərində çalışırıq. Bizim hələki təqdimat üçün hazır məhsulumuz yoxdur. Buna baxmayaraq bizim bu sahədəki tədqiqatlarla məşğul olan çoxlu sayda təcrübəli işçilərimiz var. Biz ümid edirik ki, onların hazırladıqları məhsullar gələcək layihənin həyatında vacib rol oynayacaqlar" - deyə Ficus Kirkpatrick bildirib.

Son.az technote.az-a istinadən bildirir ki, son zamanlarda Facebook şirkəti öz hardware sahəsini aktiv şəkildə inkişaf etdirir. Bir neçə müddət bundan öncə şirkət özünün istehsalı olan Portal adlı smart ekranını təqdim etmişdi. Bu smart ekran əsasən istifadəçilər arasında videozənglər üçün nəzərdə tutulub. Daha sonradan məlum oldu ki, Facebook ənənələrinə sadiq qalaraq bu smart ekran istifadəçini izləyə bilir. Halbuki təqdimat zamanı şirkət bunu təkzib etmişdi. Şirkət tərəfindən hazırlanan AR eynəklərin də istifadəçi məlumatlarını ötürüb-ötürməyəcəyi barəsində məlumat yoxdur.