Tovuzda yaşlı kişini ilan sancıb


Digərləri 01 Noy 2018 08:02:00 239 0

Tovuzda yaşlı kişini ilan sancıb

Tovuz rayonunda ilansancma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, rayonun 1954-cü il təvəllüdlü Düz Cırdaxan kənd sakini Sadəddin Əsgərovu evinin önündə ilan sancıb.

Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən S.Əsgərova həkimlər tərəfindən tibbi yardım göstərilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tovuzda 9 yaşlı uşaq yük maşınından yıxılaraq ağır xəsarət alıb.