Ən tutumlu sərt disk təqdim edilib


Digərləri 01 Noy 2018 08:05:00 288 0

Ən tutumlu sərt disk təqdim edilib

"Western Digital" şirkəti dünyanın ən tutumlu sərt diskini təqdim edib. "Ultrastar DC HC620" modeli 15 terabaytadək məlumat saxlamağa imkan verir ki, bu da əvvəlki liderin göstəricisindən 1 terabayt çoxdur. 12 Qbit/saniyə "SAS" (Serial Attached SCSI) interfeysli və 7 Qbit/saniyə "SATA" interfeysli iki versiyadan istifadə etmək olar.  

Son.az ICTnews-a istinadən bildirir ki, 3,5 düymlük standart form faktorda düzəldilən qurğu kommersiya istifadəsi üçün nəzərdə tutulub.