Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubiley gecəsi keçirilib FOTO


Digərləri 01 Noy 2018 08:08:00 296 0

Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubiley gecəsi keçirilib  FOTO

Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubiley gecəsi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, ilk dəfə böyük dramaturq, filosof, maarifpərvər ziyalı Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəli Şah" komediyası ilə tamaşaçıların görüşünə gələn kollektiv yarım əsrdə keşməkeşli, ancaq uğurlarla zəngin yol keçib. Bu gün Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2018-ci il tarixli sərəncamına əsasən Mədəniyyət Nazirliyinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən yubiley tədbiri tarixi-mədəni hadisə kimi yaddaşlara həkk olunub.

Teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov yubiley ssenarisini məhz ilk tamaşanın motivləri üzərində qurub. Dərvişin əcinnələri hadisələrin gedişinə təsir göstərir, süjet xəttini dolğunlaşdırırlar. Amma bu dəfə əcinnələr xeyirxah missiyada çıxış edirlər.

Aparıcıların təqdimatı ilə teatr truppası səhnəyə dəvət olunub və onlar üçün ayrılmış yerlərdə əyləşiblər. Sonra mədəniyyət naziri Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov teatr kollektivini təbrik edib. Çıxışlarda dövlət başçısının milli mədəniyyətə, incəsənətə xüsusi qayğısından , bu sahədə reallaşan əhəmiyyətli layihələrdən danışılıb. Elə bu günlərdə Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi ilə bağlı kollektivin bir qrup üzvünə fəxr adların və "Tərəqqi" medalının verilməsi vurğulanıb. Prezident sərəncamı səsləndirildikdən sonra fəxri adlar, habelə "Tərəqqi" medalı əməkdaşlara təqdim olunub. Z.Fərəcov şəhərin sosial-mədəni həyatında fəal iştirakına görə bir qrup aktyoru Fəxri fərmanla təltif edib.


Xəbərə aid fotolar