Rusiyalı senator ukraynalı ekspertin saqqalından dartdı VİDEO


Dünya 01 Noy 2018 07:55:00 305 0

Rusiyalı senator ukraynalı ekspertin saqqalından dartdı  VİDEO

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin üzvü Frants Klintseviç canlı yayımda ukraynalı ekspert Aleksandr Oxrimenko ilə mübahisə edib.

Son.az oxu.az-a istinadən bildirir ki, mübahisə "Rossiya 1" telekanalının "60 dəqiqə" verilişində baş verib.

Proqramın qonaqları Rusiya qoşunlarının Donbasdakı mövcudluğu ilə bağlı danışarkən Oxrimenko Klintseviçə rahat fikrini ifadə etməyə mane olub, tez-tez sözünü kəsib.

Buna dözməyən rusiyalı senator ukraynalı ekspertə yaxınlaşaraq saqqalından dartıb və "qara ciyəri də əlimlə yoxlaya bilirəm" deyib.