İstixarə mahiyyət baxımdan fal açmaqla eyni deyilmi?


Digərləri 01 Noy 2018 07:22:00 312 0

İstixarə mahiyyət baxımdan fal açmaqla eyni deyilmi?

İstixarə ilə fal fərqli məfhumlardır. Əvvəla, fal açmaq dinimizdə günah sayılır və bu işlə məşğul olmaq haramdır. İstixarə barədə isə dini mənbələrimizdə mötəbər rəvayətlər mövcuddur, böyük alimlərimiz istixarə etmiş və bu barədə öz kitablarında tövsiyələr vermişlər. İkincisi, istixarə ilə falın mahiyyəti fərqlidir. Fal açan şəxs heç bir mənası olmayan, bəzən isə şəriətdə qadağan edilən üsullardan istifadə edir. Məsələn, kart, kofe, ovuc falı və s. Amma istixarə zamanı ya Allahın kitabına müraciət edilir, ya da Allahın adların zikr edilən təsbehdən istifadə olunur. Fal açan şəxs gələcək barədə biliyi müəyyən yollarla əldə etdiyini iddia edir. İstixarə zamanı isə insan yalnız hər hansı əməli edib-etməmək barədə Allahdan məsləhət alır, hə-yox cavabı gözləyir, gələcəkdə baş verəcək hadisənin detalları haqqında informasiya tələb etmir, çünki bunun mümkün olmadığını qəbul edir.