Azərbaycan neftinin SON QİYMƏTİ ucuzlaşıb


Digərləri 31 Okt 2018 23:03:00 325 0

Azərbaycan neftinin SON QİYMƏTİ ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 77,37 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 77,37 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,22 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 76,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,23 dollar/barel azdır.