İtaliya mafiyası polis itinin başına 5 min avro mükafat vəd edib FOTO


Digərləri 31 Okt 2018 22:02:00 277 0

İtaliya mafiyası polis itinin başına 5 min avro mükafat vəd edib  FOTO

İtaliyanın "Kamorra" cinayətkar dəstəsi "Poço" ləqəbli polis itinin başına görə 5 min avro mükafat vəd edib.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə "La Stampa" nəşri yazıb.

"Poço" artıq bir neçə ildir Neapol polisində xidmət edir və narkotiklərin axtarışı üzrə ixtisaslaşıb. İt işlədiyi müddətdə 2 tondan çox qadağan olunmuş maddə aşkar edib. Mafiozlar buna görə bir neçə milyon avro itiriblər.

"Poço" iki həftə əvvəl Salerno əyalətində 30 kq kokainin saxlandığı yeri müəyyənləşdirəndə quldurların səbri tükənib. Bundan əlavə, it hətta uşaq qidası ilə maskalanmış kiçik butulkadakı narkotiki də iybilmə vasitəsilə duyub.


Xəbərə aid fotolar