İlon Mask "SpaceX" proqramı üzrə radikal qərarlar qəbul edib


Digərləri 31 Okt 2018 22:05:00 286 0

İlon Mask "SpaceX" proqramı üzrə radikal qərarlar qəbul edib

Planetin ən varlı adamlarından biri olan İlon Maskın rəhbərlik etdiyi "SpaceX" uzunmüddətli kosmik proqramı ətrafında yaşanan problemlər milyarderi radikal addımlar atmağa vadar edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "SpaceX"in Vaşinqton ştatındakı Redmond məntəqəsinə gələn Mask şirkətin ən yüksək vəzifəli 7 əməkdaşını işdən azad edib, onların yerinə isə Kaliforniyadan yeni mütəxəssislər və konstruktorlar gətirib. Yanvarın əvvəlində "Starlink" seriyasından olan peyklərdən birinin uğursuz uçuşu və kosmik proqramın rəqabət qabiliyyətinin azalması təhlükəsi ilə qarşılaşan Mask yeni qərar qəbul edib: "OneWeb" və Kanadanın "Telesat" şirkətlərini qabaqlamaq üçün "SpaceX" peyklərinin 2020-ci ildə kosmosa göndəriləcək ilk partiyası 2019-cu ilin birinci yarısından gec olmayaraq buraxılmalıdır!

Ekspertlər bildirirlər ki, İlon Maskın Aya səyahət və Mars planetində koloniyalar yaratmaq planları ilə yanaşı, əsas məqsəd dünyanın əlçatmaz yerlərini daha sürətli internetlə təmin etmək üçün şirkətlər arasında davam edən rəqabətin qalibi olmaqdır.