Azərbaycanda uşaqların internetdən istifadəsinə nəzarət edən YENİ PROQRAM yaradılıb


Digərləri 31 Okt 2018 22:00:08 213 0

Azərbaycanda uşaqların internetdən istifadəsinə nəzarət edən YENİ PROQRAM yaradılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Kapital Bank ASC-nin dəstəyi ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı (kidsafe) yaradılıb.

Bakı. İlhamə İsabalayeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Uşaqların internet təhlükəsizliyi" layihəsi çərçivəsində "Valideyn nəzarəti və internet təhlükəsizliyi" proqramı (kidsafe) yaradılıb. Komitədən Trend-ə verilən məlumata görə, proqram Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən hazırlanıb. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edəcək. İcra edilən tədbirlər Hökumətin Uşaq Hüquqları haqqında Konvensiyaya dair hesabatında əks etdiriləcək. Sadalanan problemlərin aradan qaldırılması uşaqların inkişafına, təhsilinə təsir göstərəcək.