ABŞa getmək istəyən gürcüstanlıların sayı hər il artır


Dünya 31 Okt 2018 21:53:00 244 0

ABŞa getmək istəyən gürcüstanlıların sayı hər il artır

Amerika Birləşmiş Ştatlarına getmək istəyən Gürcüstan vətəndaşlarının sayı hər il artır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin Dövlət Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, 2018-ci ildə 122 mindən çox Gürcüstan vətəndaşı ABŞ-da daimi yaşayış hüququnun verilməsi qaydalarını şaxələndirən vizaların alınmasına görə lotereya oyunlarında iştirak edib. Bu rəqəm 2017-ci ildə 99 min, 2016-cı ildə isə 74 min təşkil edib. Departamentin məlumatında ölkə əhalisinin sayı 3,7 milyon nəfər göstərilib.