Planetimizin iki yeni peyki kəşf edildi


Digərləri 31 Okt 2018 21:23:00 310 0

Planetimizin iki yeni peyki kəşf edildi

Alimlər Yerin səthindən 400 min kilometrlik məsafədə iki nəhəng toz buludunun mövcudluğunu təsdiqləyiblər.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, "MNRAS" jurnalında bu barədə elmi məqalə dərc edilib.

Kordılyev buludları Yerin ətrafındakı ən naməlum iki cisimdir. Onlar Ay qədər uzaq məsadədə yerləşirlər və astronomlar faktiki olaraq onları heç vaxt görmürlər. Hələ XVIII əsrdə alimlər müəyyən ediblər ki, kiçik səma cisimləri bir planetin orbitindən digərinə hərəkət edə bilərlər. Yupiter, Mars, Neptunun orbitində minlərlə belə səma cisimləri tapılıb. Amma bu günə qədər alimlər Yerin belə bir asteroidini kəşf etməmişdilər.