Bakıda TÜKÜRPƏDİCİ HADİSƏ: Pedofil qızcığazı yaşayış evinin zirzəmisinə apardı, tutuldu


Digərləri 31 Okt 2018 21:00:00 254 0

Bakıda TÜKÜRPƏDİCİ HADİSƏ: Pedofil qızcığazı yaşayış evinin zirzəmisinə apardı, tutuldu

Bakıda tükürpərdici cinayət törədilib, beş yaşlı qız uşağını zorla yaşayış binasının zirzəmisinə sürükləyən pedofil tutulub.

Son.az Sputnik Azərbaycan-a istinadən bidirir ki, bu tükürpərdici hadisə paytaxtın mərkəzində, Şamil Əzizbəyov küçəsində oktyabrın 30-da baş verib. 1985-ci il təvəllüdlü gənc qadın 22-ci Polis bölməsinə şikayət ünvanlayıb. Qadın ərizəsində qeyd edib ki, səhər saat 11:00-da onun 5 yaşlı qızı həyətdə oynayıb. Bir neçə dəqiqə sonra qadın öz qızının həyətdə olmadığını görüb və dərhal onu axtarmağa başlayıb.

Balacanın axtarışlarına qoşulan qonşular qızcığazı yaşayış evinin zirzəmisində, orta yaşlı kişinin uşağı zorlamağa cəhd etdiyi vaxt tapıblar. Kişi uşağa qarşı seksual xarakterli hərəkət edirmiş. Pedofil saxlanılaraq 22-ci Polis bölməsinə təhvil verilib. O, ana və balanın qonşusu, 1959-cu il təvəllüdlü Elman Mərdanov olub.