Ölkəmizə əcnəbi "cadugərlər" ayaq açıb: Onlara qoşulanlar da var, qorxudan qaçanlar da


Digərləri 31 Okt 2018 20:24:00 267 0

Ölkəmizə əcnəbi "cadugərlər" ayaq açıb: Onlara qoşulanlar da var, qorxudan qaçanlar da

Azərbaycan xalqı il boyu bir çox bayramları qeyd edir. Bu, həm dövlət bayramlarıdır, həm milli adət-ənənələrə söykənən, həm də İslam dininə xas olan bayramlardır.

Son zamanlar isə məktəb və liseylərimizdə, həmçinin bir çox şirkətlərdə ingilisdilli xalqların xüsusi təntənə ilə qeyd etdiyi Halloven (Halloween) bayramının keçirilməsi dəb halını alıb. "Cadugərlər bayramı"nın ölkəmizdə qeyd olunması insanlar tərəfindən birmənalı qarşılanmır. Bəziləri bu bayramı qəbul etsə də, bir qismi, əsasən, Avropa və Amerikada keçirilən bu bayramı pisləyir.

Bu gün - 31 oktyabr paytaxtın bəzi müəssisələrində sözügedən bayram qeyd olunub. 

Son.az bildirir ki, Sputnik Azərbaycan sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. İstifadəçilərə sual olunub ki, Azərbaycanda başqa mədəniyyətə xas olan bir ənənənin, yəni Halloven bayramının kütləvi şəkildə keçirilməsini necə qarşılayırsınız? Və ümumiyyətlə, bu bayramı qeyd edirlərmi?

Beləliklə:

Nigar Məhərrəmova: "Bu bayramın Azərbaycanda da keçirilməsini normal qarşılayıram. Düşünürəm ki, həm böyüklər, həm də kiçiklər üçün əyləncəlidir".

Aygün İlqarqızı: "Məncə, Halloven maraqlı bayramdır. Sadəcə mən bu bayram obrazlarından qorxuram. Vampir geyimində kimisə görəndə çox qorxuram".