Rəqsanə də Təranədən yazdı: "Hər yerdə haqqıma girdin"


Şou-biznes 31 Okt 2018 19:56:00 241 0

Rəqsanə də Təranədən yazdı: "Hər yerdə haqqıma girdin"

Müğənni Rəqsanə İsmayılova da uzun illərdir küsülü olduğu və hazırda həbsxanada olan prodüser Təranə Səmədovanın həbs xəbərinə münasibət bildirib. 

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı İnstaqram səhifəsində paylaşım edərək, bunları yazıb:

"Bu gün baxıram və bunu demək istəyirəm ki, bir neçə ilə nəzər salın baxın... Bu gün yaşadıqlarını mən və ailəm bir vaxtlar yaşadıq. Neçə illər mənim başıma gəlməyən qalmadı. Hansı ki, indi o qardaşlar da həbsdədir. Uşağımın adına açılan sosial şəbəkədə profil, bacımın, anamın başına gətirilən oyunlar... Bəs, mən bu günə kimi dözdüm, hər yerdə yazdılar, dedilər, amma dözdüm. Ailəmin arxasında oldum, nələr çəkdim bir Allah, bir mən bilirəm.

Bu gün Təranəyə sevinmirəm. Çünki balası var. Allah yenə də qapısını açsın, İradə xalaya səbr versin. Anası çox yaxşı insandır, heç kimə pislik etməyin, çörəyin yeyib ayağının altını qazmayın. Hər yerdə mənim haqqıma girirdi. Aysunun adından sosial şəbəkədə profil açıb, Təranə, nələr etdin. Övladım məktəbə getməyə utanırdı. 

Dünən onun başına gələnləri oxuduqca, bütün başıma gələnlər gözümün qabağından keçdi. Dedim, Rəqsanə sən nələrə dözüb, sinə gərdin. Hanı o qardaşlar, hardadır? Onlar da həbsdədir. Onlarla əlbir olub mənə nələr etmədiz. Üzümə bəlkə 40 nəfər adam qoydunuz yalan yerə. Heç nə sübut olmadı, qanun isə xitam verdi.