Qazaxda qohumunu silahla hədələyən şəxs saxlanıldı
Digərləri 31 Okt 2018 19:32:00 285 0
Qazaxda qohumunu silahla hədələyən şəxs saxlanılıb.
DİN-dən Son.az-a verilən məlumata görə, oktyabrın 30-da Qazax Rayon Polis Şöbəsinə müraciət edən Aslanbəyli kənd sakini O.Çələbiyev həmin gün sərxoş halda yaşadığı evə gələn Kamandar adlı qohumunun tüfənglə onu öldürəcəyi ilə hədələdiyini bildirib.
Rayon sakini Kamandar Nəsibov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan tir tüfəngi götürülüb.
Mənbə: milli.az